Yaxınları Kriştianunun arvadını pislədilər:“Dünyanın ən pis qadınıdır”





"Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldunun həyat yoldaşı Corcina Rodriqezin yaxınları onu tənqid edib.
Bu barədə "Sherg.az" "ensonhaber.com"a istinadən xəbər verir.
Corcinanın dayısı Hernandez qeyd edib ki, o dünyanın ən pis qadınıdır:
"Onun kimi dəbdəbəli həyat yaşamadığımız üçün özünü bizdən üstün görür və bizdən utanır. O, dünyanın ən pis qadınıdır”.
Corcina Rodriqezin haqqında danışan digər şəxs isə onun ögey bacısı, məşhur model Patrisya Rodriqezdir. Patrisyanın sözlərinə görə, ögey bacısı imzalı formanı onlara çox görüb:
"Oğlumun ad günündə ögey bacımdan xahiş etdim ki, Kriştianudan oğlum üçün formanı imzalaya biləcəyini soruşsun. O, mənə “yox” dedi”.

Xanlar ƏLİBƏY