Zelenskidən mühüm fərman: Əsgərlərin sayı artırılır 

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna ordusunda əsgərlərin sayını artırmaqla bağlı  fərman imzalayıb.
"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, Ukrayna parlamentində çıxışı zamanı prezident  müdafiə qabiliyyətinin gücləndirilməli olduğunu və bununla bağlı fərman imzaladığını bildirib.
Zelenski bu fərmanın ordunun “peşəkar təməllər”ə keçməsini nəzərdə tutduğunu bildirib.

"Həmin fərman hərbçilərin karyera yüksəlişini, maaşların artırılmasını və 3 il ərzində Ukrayna Silahlı Qüvvələrinə 100 min nəfərin qoşulmasını nəzərdə tutur. Bu, müharibə üçün deyil, Ukraynada tezliklə və gələcəkdə sülhün bərqərar olması üçündür".

Qeyd edək ki, Ukrayna parlamenti 2021-ci ilin iyulunda orduda hərbi və mülki personalın sayını 4,4 faiz artıraraq 261 min nəfərə çatdırmaq üçün qanun qəbul edib.

Cəmilə ƏZİM