İsveçrə koronavirusla bağlı məhdudiyyətləri qismən ləğv edəcək

İsveçrə koronavirusun endemik hala gəldiyinə inanır və fevralın 3-dən etibarən bəzi məhdudiyyətləri aradan qaldırır.
“Report” xəbər verir ki, bu barədə Federal Şuranın hökumətin iclasının yekunları üzrə dərc edilmiş qərarında deyilir.
“Böhranın sona çatması və endemik fazanın başladığına dair artan əlamətlər var”, - qərarda deyilir.
Koronavirus xəstəsi ilə birbaşa təmasda olanlar üçün məcburi karantin, eləcə də evdən işləmək öhdəliyi ləğv etmək qərarına gəlib. Eyni zamanda, koronavirus diaqnozu qoyulanların özünütəcrid rejiminə keçməsi zərurəti qüvvədə qalır.