Görüntülər ortalığı qarışdırıb

Koreya prezidenti arıqlayıb, səhhətində problemlər var

   Şimali Koreya lideri Kim Yong barədə müəmmalar gündəmdədir. Koreyanın dövlət televiziyasında yayımlanan bəlgəsəldəki görüntülər ortalığı qarışdırıb. Görüntülərdə Kim Jongun çox arıqladığı və yoxuşu enməkdə çətinlik çəkdiyi müşahidə edilir. Bu da Koreya prezidentinin səhhətində problemlərin olması barədə şayiələrin yayılmasına səbəb olub. Koreya dövlət təbliğatı isə bunu “Liderimiz yoxsul insanların dərdini çəkməkdən “quruyub”, şəklində izah edir. Deyilənə görə Kim Yong yay alarında 44 kiloqram arıqlayıb. Dekabr ayında isə tamamilə zəifləmiş halda görüntülənib. Yanvar ayında keçirilmiş bir toplantıda Kim Yong yaşından daha böyük görünüb.

Halbuki onun 40 yaşında olduğu deyilir. Kimin görüntüləri Mərkəzi televiziya tərəfindən yayımlanan “2021: A Great Victorious Year” adlı bir proqramda ortaya çıxıb. 

Enli köynək geyinmiş Kimin şalvarı da az qala əynindən tökülür. O, pillələri yavaş-yavaş, ehtiyatla enir. Görüntülərə əlavə edilən səsdə isə “O bizə atalıq qayğısı göstərir. Vücudu tamamən qurudu, böyük acı çəkir. İnsanların xəyallarını gerçəkləşdirə bilmək üçün narahatdır və bizə ana şəfqəti göstərir” deyilir. 

Əslində bununla Şimali Koreya əhalinin aclıqla üz-üzə qaldığını təsdiqləyir. 

Ötən il başqa bir televiziya kanalı vətəndaşlardan birinin Kim haqqında ağlaya-ağlaya “bir dəri bir sümük qalıb”, söylədiyini yayınlamışdı. Halbuki Şimali Koreyada Kimin səhhəti və şəxsi həyatı barədə danışmaq, hətta fikir bildirmək belə qadağandır.