Kremlin sözçüsü Dmitri Peskov ABŞ-nin Avropaya əlavə qoşun göndərmə qərarından narahat olduqlarını ifadə edib.
O qeyd edib ki, rəsmi Vaşinqtonun məlum addımı gərginliyi şiddətləndirir:
"Bunlar gərginliyi azaltmağa yönəlik addımlar deyil, əksinə, daha da artmasına səbəb olur. Rusiyanın reaksiyası tamamilə normaldır və onun təhlükəsizliyini təmin etmək üçün görəcəyi bütün tədbirlər başa düşüləndir”.
D.Peskov tez-tez ABŞ-a qarşı çağırış etdiklərinə diqqət çəkib:
"Ancaq amerikalılar narahatlıq yaratmağa davam edirlər. Biz sadəcə olaraq müharibənin yaxınlaşmasından və ya hər kəsin bədəlini ödəyəcək təxribat xarakterli açıqlamalardan danışmırıq. Burada söhbət Avropaya, yəni sərhədlərimizə yaxın qoşun göndərməkdən gedir”
Cəmilə ƏZİM