Ərdoğanla Putin Cənubi Qafqazı müzakirə edəcək:“Kommunikasiyaların açılması...”

  1. Rusiya Prezidenti Vladimir Putin fevral ayının ikinci yarısında Türkiyəyə səfər edə bilər. Bu barədə “A Haber” telenakalı məlumat verib .Məlumatda deyilir ki,Pekin Olimpiadasının açılışından sonra tarixi dəqiqləşəcək səfər fevralın ikinci yarısına təsadüf edəcək.Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Prezidentinin Pekin Olimpiadasının açılışında iştirak etdikdən sonra Türkiyəyə səfər edəcəyini açıqlayıb.Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə epidemioloji vəziyyət və qrafiki imkan verdikdə V.Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifindən yararlanaraq, bu ölkəyə səfər edəcəyini bildirib.  

Millət vəkili Asim Mollazadə Kreml rəhbərinin Türkiyəyə gözlənilən səfərindən “Sherg.az”a danışarkən bilidirib ki,hazırda tərəflər arasında onların  maraqlarının toqquşduğu bir sıra problemli regionlar var: 

“İlk növbədə söhbət Orta Şərqdən,Suriyadan gedir. Türkiyənin əsas istəyi öz ətrafında sabitliyin qorunmasıdır. 
İndi Rəsmi Ankara  Rusiya Ukrayna  münasibətlərinin yaxşılaşması istiqamətində öz vasitəçiliyini təklif edir və  bununla da hansısa münaqişələrin  qarşısını almağa çalışır”.

Millət vəkili tərəflərin Cənubi Qafqazda stabilliyin qorunması, üçtərəfli bəyannamənin icrası, kommunikasiyaların açılması məsələlərini də müzakirə  edəcəklərini söyləyib. 
Onun sözlərinə görə,Türkiyə  Rusiya  ilə  NATO-nun bölgədəki təmsilçisi kimi söhbət edəcək:  

“Rəsmi Ankara NATO  ilə  Rusiya arasındakı qarşıdurmanın səngiməsində maraqlıdır. Tərəflərin görüşündə də bu istiqamətdə danışıqlar olacaq. Düşünürəm ki, səfər ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək”.