Ukrayna və Türkiyə azad ticarət zonası haqqında saziş imzalayıb

Ukrayna və Türkiyə arasında Azad Ticarət Zonası haqqında saziş imzalanıb.
"Report" xəbər verir ki, hər iki dövlət başçılarının iştirakı ilə baş tutan sənədin imzalanması Ukrayna prezidenti ofisinin rəsmi Facebook səhifəsində yayımlanıb.
Sənəddə qeyd olunur ki, saziş iki ölkə arasında ticarətin intensivləşməsinə, ixracın artmasına, yeni iş yerlərinin yaradılmasına, texnologiyanın transferinə və təcrübə mübadiləsinə töhfə verəcək.