Suriyada İŞİD-ə qarşı əməliyyatda 13 nəfər ölüb

Suriyanın İdlib şəhərində İŞİD-ə qarşı əməliyyatda 13 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Suriya Milli Ordusu" adlanan qurumun nümayəndəsi "RİA Novosti"yə bildirib.
Öldürıülən 13 nəfərin hamısı dinc sakindir. Onlardan 6-sı uşaq, 4-ü qadındır.
Əməliyyat zamanı ABŞ Silahlı Qüvvələrinə məxsus helikopterlərdən biri sıradan çıxıb.
Bəzi mənbələrə görə, öldürülənlər İŞİD terrorçularının ailə üzvləridir.