Pentaqon: Amerika əsgərləri Ukraynada döyüşməyəcək


Amerika hərbçiləri Rusiyanın bu ölkəni “işğal” edəcəyi təqdirdə Ukraynada döyüşməyəcək.

APA bildirir ki, bu bəyanatla bu gün Em-es-en-bi-si telekanalının efirində Pentaqonun mətbuat katibi Con Kirbi çıxış edib:

“ABŞ Prezidenti Co Bayden ABŞ hərbçilərinin Ukraynada döyüşməyəcəyini açıq şəkildə bildirib".

Kirbinin fikrincə, ABŞ əsgərlərinin hətta ölkədən Amerika vətəndaşlarının çıxarılması üçün istifadə edilməsi “səhv hesablama riskini və Rusiya ilə Amerika hərbi qüvvələri arasında toqquşma ehtimalını artıracaq”. Pentaqonun sözçüsünə görə, bu məsələ vəziyyəti "yeni səviyyəyə” gətirə bilər.