Saakaşvilinin tərəfdarları Rustavi həbsxanasının qarşısında aksiya keçirib

Eks prezident Mixail Saakaşvilinin bir qrup tərəfdarı Rustavidəki 12-ci cəzaçəkmə müəssisəsi qarşısında etiraz aksiyası keçiriblər.

24News.ge xəbər verir ki, etirazçılar onun həbsdən azad edilməsini və Saakaşvilinin iqtisadi planını yerinə yetirmək üçün ona imkan verilməsini tələb ediblər.

Etirazçıların sözlərinə görə, ölkəni iqdisadi ağır vəziyyətdən ancaq Saakaşvili xilas edə bilər:
“Gürcü arzusu bu ölkədə uzun müddətdir heç bir iş görmür. Bizim əsas tələbimiz Mixeil Saakaşvilinin tez bir zamanda azadlığa buraxılması və bu ölkənin normal inkişafa qayıtmasıdır. Saakaşvilinin azadlığı, ilk növbədə daha çox investisiya, daha çox iş yeri, iqtisadi tərəqqi və bütün istiqamətlərdə sürətli, effektiv inkişaf deməkdir”, - deyə etirazçılardan biri bildirib.