Bu şəhərin bir tərəfində yaydır, digər tərəfində qış...

Yay və qış mövsümünün eyni anda yaşandığı turizm şəhəri Mersinin sahil bölgələrində istiliyin artması ilə vətəndaşlar dənizin kefini çıxardı. Sherg.az türk mediasına istinadən xəbər verir ki, qar örtüyünün 1 metri çatdığı şəhərin digər tərəfində isə qış hakimiyyətini davam etdirir.
Həftə sonu Mersin və ətraf ellərdən vətəndaşlar, Ərdəmli qəsəbəsində olan Kızkalesinə gələrək vaxt keçirir.

Şanlıurfadan həftə sonunu bura gələn, yaşadıqları yerin bu qış soyuq olduğunu ifadə edən Yaşar Çıtlak, "Urfa və Qaziantəpdə qar var. Burada dənizə giririk, möhtəşəmdir" deyir.

Qışı Mersində, yayı isə Nevşehirdə yaşayan Murad Kozan da, "Dəniz gözəldir, mən davamlı dənizə girirəm. Qışda gəlib burada qalıram, normalda Nevşehirdə qalıram. Ancaq orada hazırda qar var, bura isə göründüyü kimi dünyanın ən gözəl sahillərindən biridir.
Dənizi, sahili tərtəmizdir. Burada qış içində yay yaşayırıq, ona görə gəlirəm. Antaliyada 15 il yaşadım, amma burada sahil və dəniz oradan daha gözəldir" deyə bildirir.
 Sahilin dadını çıxaran digər bir vətəndaş Rasim Nərgiz də burada istiliyin 16 dərəcəyə çatdığını, dənizin gözəl olduğunu söyləyir.

Turan