Peskov: Rəsmi Kiyev Putin və Zelenski arasında görüşün təşkil edilməsini istəyib


Rəsmi Kiyev dəfələrlə Moskvaya Vladimir Putin və Volodimir Zelenski arasında görüşün təşkil edilməsini təklif edib, lakin Rusiya tərəfinin danışıqların gündəliyi ilə bağlı sualları var.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Biz dəfələrlə Kiyevdən görüş təklifi ilə bağlı siqnallar almışıq, lakin Kiyev hər dəfə bizim sadə bir sualımıza cavab verməyib: niyə, hansı məqsədlə?” – deyə Kremlin nümayəndəsi bildirib.

Mənbə: TASS