Özbəkistan vətəndaşları Qazaxıstanda köləliyə məcbur edilib - VİDEO


Özbəkistandan Qazaxıstana işləməyə gedən evli cütlük Tarazda köləliyə məcbur edilib.

Yeni işəgötürən guya yaşayış icazəsi almaq üçün onların pasportlarını götürüb, lakin geri qaytarmayıb. Cütlük bağlı yerə salınıb və çörək bişirməyə məcbur edilib. Onlar 6 aydan sonra qaça biliblər.

Başqa bir Özbəkistan vətəndaşı bir tanışı vasitəsi ilə Almatıdakı kafelərdən birində texniki işə düzəlib, lakin yarım il ərzində onu pulsuz işlədiblər.

“Sahibkar qadın kiməsə şikayət etsəm uşaqlarımı öldürməklə hədələdi. Məni həyatımla hədələdi, sənədlərimi, pasportumu aldı. Buna görə də kiminləsə zəng vurmağa qorxdum”, - qadın deyib.

Zərərçəkənlərin hamısı xüsusi sığınacaqda yardım alıb və artıq öz vətənlərinə qayıdıblar.

Hüquq-mühafizə orqanları xəbərdarlıq edib ki, Qazaxıstanda əcnəbilər arasında Özbəkistan sakinləri və əsasən kişilər digərlərindən daha çox köləliyə düşürlər.