İranda fəhlələrin fəryadı: Kreslolarınızı başınıza yıxacağıq - VİDEO

İranın Xuzestan vilayətində poladəritmə zavodunun fəhlələri etiraz aksiyası keçiriblər.
“Azad İran” Telegram kanalının xəbərinə görə, çıxış edən narazı fəhlələrdən biri bu dünyada həm cənnət, həm də cəhənnəmin olduğunu, lakin hökumətin törətdikləri əməllərlə özləri üçün cəhənnəm hazırladıqlarını bildirib.
Onlar haqlarının bərpa olunmamasından, maaş azlığından və şirkət rəhbərliyinin onların dərdinə biganə yanaşmasından narazıdırlar.

Sonda etirazçı gənc bir gün mütləq idarəçi şəxslərin öz kreslolarından düşəcəklərini və o zaman heç nəyin onların xeyrinə olmayacağını qeyd edib.