Putin və Makron arasında telefon danışığı başlayıb


Rusiya prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Emmanuel Makron arasında telefon danışığı Paris vaxtı ilə saat 11:00-da başlayıb.

Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi Yelisey sarayına istinadən bildirib.

"Prezident Putinlə söhbət planlaşdırıldığı kimi səhər saat 11-də başlayıb", - deyə qeyd olunub.