SON DƏQİQƏ ... Ukrayna-Rusiya sərhədində  qarşıdurma: Ölən və yaralılar var

Rusiya-Ukrayna böhranında yeni səhifə açıldı, Donbasdakı Pionerski kəndi ətrafındakı qarşıdurmalarda iki tərəf də bir-birlərinin itkinləri olduğunu bildirdi. Rus  qüvvələrinin nəzarətində olan Donetskdə həm gecə, həm də gündüz saatlarında bir-birinin ardınca partlayışlar olub. Bazar günü ayrıca Luqanskda bütün şəhəri ayağa qaldıran həyəcan təbili çalınıb.Belarus isə, təlimlər üçün ölkəyə gələn təxminən 30 min rus əsgərinin hələlik ölkədən ayrılmayacağını dünyaya eşitdirib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, dünyanın diqqətlə izlədiyi Ukrayna-Rusiya sərhədində bu gün yenə qarşıdurma baş verib. Rusiya hökumətinə yaxınlığı ilə seçilən "İzvestia" qəzeti, Donbasdakı Pionerski kəndini ələ keçərmək istəyən Ukrayna ordusu ilə Rusiyanın himayə etdiyi qüvvələr arasında qarşıdurma olduğunu bildirir. Luqansk rəhbərliyinin şərhinə yer verən "İzvestia", kənddə bir çox evin yanıb kül olduğunu və çoxlu  sayda vətəndaşın həyatını itirdiyini qeyd edir.