Rusiya sərhəddəki tanklarına "Z"  işarəsi qoydu! Putin bununla nə demək istəyir?

Ukrayna sərhədinə yaxınlaşan rus qoşunlarında gözdən qaçmayacaq bir detal var. Tank karvanının fotolarənən göstərildiyi yerlərdən birində Ukrayna sərhədinə təxminən 25 kilometr qalır.
Sherg.az xarici media istinadən xəbər verir ki, Ukraynanı şimal, şərq və cənub cəbhələrindən təxminən 150 min əsgərlə əhatəyə alan Rusiya, getdikcə sərhəd xəttinə yaxınlaşır. 
Sərhəddən gələn son foto və görüntülərdəki bir işarə isə, diqqətdən qaçmayıb. Rus analitik Rob Leenin göstərdiyi Z işarəsi qısa müddət içində böyük səs-küy yaradıb.




















































Sərhədə doğru irəliləyən nəhəng tank karvanlarında və digər zirehli maşınlarda görünən "Z" işarəsinin  nə mənanı verdiyi maraqlıdır. Çünki, "Z" işarəli hərbi qüvvələrə verilən vəzifə hələlik sirrini qoruyur. Hərbi qüvvələrin bir-birini tanıması  üçün bənzər işarələr daşıdığı məlumdur. İctimai mediada "Z" harifi ilə Ukrayna lideri Vladimir Zelenskiyə mesaj verildiyi istiqamətində şərhlər yer alıb.

Donbasdan gələn son görüntülərdə rus ordusuna aid hərbçilərin artdığını göstərir. Ekspertlər,  Rusiyanın bu gecə və ya önümüzdəki günlərdə hücuman başlaya biləcəyini söyləyir.

Turan