Ukraynanın 79 yaşlı mübarizə simvolu:“...Atəş açmağa hazıram”

Ukraynalı mülki vətəndaşlar mümkün işğal halında ölkələrini müdafiə etmək üçün hərbi təlimlər almağa davam edirlər.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, bu təlimlərdə müxtəlif yaş qruplarından olan insanlar iştirak edir. Bu şəxslərdən biri olan 79 yaşlı Valentina Konstantynovska Ukraynanın mübarizə simvoluna çevrilib.
AP agentliyinin çəkdiyi şəkil ilə məşhurlaşan yaşlı qadın mətbuata açıqlama verib. Konstantynovska bildirib ki, ölkəsini sona qədər müdafiə edəcək:
 "2014-cü ildə böyük bir müharibə yaşadıq. Mariupolda uşaqlar həlak oldu. Yaralılarımıza belə kömək edə bilmədik. Burada ilkin tibbi yardımı öyrəndim. Özümü müdafiə etməyi öyrəndim. İndi atəş açmağa hazıram. Ölkəmi müdafiə edəcəyəm. Qadınlar və uşaqlar birlikdə bu barədə təhsil  alıblar. Mənim məşhur olub-olmamağımın heç bir əhəmiyyəti yoxdur. Əsas olan Ukraynanın müstəqilliyidir".

Çimnaz Şahlar