Rusiya təhlükəsizlik xidməti: Ukraynadan atılan mərmi...

Ukrayna ərazisindən atılan minaatan mərmisi Rostov vilayətində sərhəd mühafizə məntəqəsini tamamilə məhv edib. Bu barədə Rusiyanın təhlükəsizlik xidmətindən bildirib. Xəbərdə qeyd olunur ki, itkilər barədə məlumat verilməyib.

"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, hadisənin sərhəddən 150 metr aralıda baş verdiyi vurğulanıb.

 Ukrayna məsələ ilə heç bir əlaqəsi olmadığını vurğulayaraq ittihamları rədd edib və açıqlamanı “saxta xəbər” kimi qiymətləndirib.

Cəmilə ƏZİM