Fransa XİN başçısından sərt bəyanat:“Rusiyaya qarşı qətiyyətli mövqe qoymaq…” 

Fransanın xarici işlər naziri Jan-İv Le Drian bu gün Parisdə keçirilən tədbirdə çıxış edib.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, nazir Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini bildirib:
“Aydındır ki, biz sanksiyalara başlamaq niyyətindəyik. Rusiyanın Donbasa girməsi beynəlxalq hüququn pozulmasıdır, rəsmi Kiyevin suverenliyinə və bütövlüyünə qəsddir. Rusiya beynəlxalq öhdəliklərindən və imzaladığı Minsk razılaşmalarından imtina edir”.
O əlavə edib ki, Avropa liderlərinin üç mesajı var: Rusiyanın hərəkətlərinə qarşı qətiyyətli mövqe qoymaq, Ukrayna ilə həmrəylik nümayiş etdirmək və Avropada birliyi qorumaq.
 
Cəmilə ƏZİM