XİN başçısı:"Çin Ukraynadakı vəziyyətdən narahatdır”

Çinin xarici işlər naziri Vanq Yi ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı baş tutub. Çin rəsmisi Ukraynadakı vəziyyətlə bağlı narahatlığını ifadə edib.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, Vanq Yi Şərqdə münaqişəyə son qoymaq üçün nəzərdə tutulmuş 2015-ci ildə imzalanmış protokollar toplusuna istinad edib.  Ukraynadakı vəziyyətin Minsk razılaşmasının icrasının ləngiməsi ilə sıx bağlı olduğunu bildirib:
"Çin Ukraynadakı vəziyyətdən narahatdır. Hər  bir ölkənin təhlükəsizliyi ilə bağlı həssaslığına hörmət edilməli, BMT Nizamnaməsinin məqsəd və prinsipləri qorunmalıdır".

Nazir bütün məsələnin mahiyyətinə əsaslanaraq tərəflərlə  təmasları davam etdirəcəyini vurğulayıb:

"Çin bütün tərəfləri təmkin nümayiş etdirməyə, bölünməz təhlükəsizlik prinsipinin həyata keçirilməsinin vacibliyini tanımağa, vəziyyəti yumşaltmağa, fikir ayrılıqlarını dialoqlar yolu ilə həll etməyə çağırır”.

Cəmilə ƏZİM