Böyük Britaniya Rusiya banklarına və oliqarxlarına sanksiya qoydu


Böyük Britaniya Rusiyanın beş bankına və üç fiziki şəxsinə qarşı sanksiya tətbiq edib.

Bu açıqlama ilə Böyük Britaniyanın Baş naziri Boris Conson çıxış edib.

Baş nazir deyib ki, Timçenko, həmçinin Boris və İqor Rotenberqlərin hesabları dondurulur və onların ölkəyə girişi qadağan olunur.

B.Conson məhdudiyyətlərin tətbiq olunacağı Rusiya banklarının da adlarını açıqlayıb.

Bu banklar “Rossiya”, “Promsvyazbank”, “Sənaye əmanət bankı”, “Qenbank” və “Qara dəniz inkişaf bankı”dır.

Conson hesab edir ki, Donetsk və Luqansk vilayətləri ərazisində rus qoşunları var və bunu işğal kimi qiymətləndirir.

Mənbə: TASS