Rus tankları bu ərazilərə “maskalanıb” girdi

Rusiya tankları Luqansk vilayətinin Krasnaya Talovka, Melovoe, Qorodişe rayonlarına daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

“Düşmən xəyanətkarcasına üzərində ATƏT-in simvolları olan ağ rəngli avtomobilləri tank karvanının qarşısına qoyub. Hazırda bu istiqamətlərdə döyüşlər gedir. Sərhədçilər Silahlı Qüvvələr və Milli Qvardiyadan olan qardaşları ilə birlikdə müdafiəni saxlayır”, - məlumatda qeyd olunub.