Makron Rusiyanı dayanmağa çağırıb

Fransa prezidenti Emmanuel Makron  bildirib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə bağlı "Twitter"də paylaşım edib.
 
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, Makron Rusiyanı dayanmağa çağırıb: 

“Fransa rəsmi Moskvanın Ukraynaya qarşı müharibə qərarını qətiyyətlə pisləyir. Rusiya hərbi əməliyyatlarını dərhal dayandırmalıdır.  Fransa Ukrayna ilə həmrəydir. Biz ukraynalıların yanındayıq və öz  müttəfiqlərimizlə  birlikdə müharibəni bitirmək üçün çalışırıq”.

Yelisey sarayının məlumatına görə, Fransa prezidenti bu gün səhər tezdən Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıb. Fransadan dəstək istəyib.

Yelisey sarayından verilən açıqlamaya, Zelenski həmçinin Avropadan birlik istəyib.  

 E.Makron həmçinin səhər Avropa Şurasının prezidenti Çarlz Mişel ilə də danışıb.

Cəmilə ƏZİM