Zelenski: "Xahiş edirəm, ölkəni müdafiə edin!"

Ukrayna prezidenti Volodimi Zelenski  xalqa müraciət edir.
“Sherg.az” Habertürk-ə istinadən  Zelenskinin çıxışındakı diqqət çəkən  məqamları təqdim edir:

“Ukrayna şimaldan cənuba hava zərbələri ilə üzləşib. Ordumuz ağır hücumla üz-üzədir. Hərbi təcrübəsi olan hər kəs ordumuza gedə bilər. Keçmiş əsgərləri, zabitləri də orduya çağırıram. Hamımız gələcəyimizi müəyyən edəcəyik. Xahiş edirəm gəlin ordumuza qoşulun.Lazım gəlsə qan töküləcək. Bir birimiz üçün çalışaq. İndi biz hamımız gözəl bir ölkənin vətəndaşlarıyıq. Ölkəni müdafiə edin. Xahiş edirəm cəmiyyətimiz üçün çalışın. Ukrayna banklarının və digər bankların lazımi ehtiyatları var.
Mən bütün siyasətçilərimizə, müstəqilliyimizi müdafiə edənlərə təşəkkür etmək istəyirəm. Bu gündən etibarən dünya tarixində Ruysa şər kimi xatırlanacaq. Mən də Rusiya xalqına müraciət edirəm. Rusiya xalqının da seçimi var. Rusiyada hər kəs bu müharibəyə qarşı çıxıb səsini ucalda bilər. Ruslar kimi öz səsinizi ucalda bilərsiniz.
Hörmətli Ukraynanın güclü vətəndaşları, Rusiyada qohumları olan hamınız, hamımız hərəkətə keçməliyik”.

Çimnaz Şahlar