Avropa İttifaqının xarici siyasət rəhbəri Josep Borrell rəsmi Moskvanın Ukraynaya hücumu barəda jurnalistlərə açıqlama verib. J.Borrell Avropanın ən qaranlıq saatlarını yaşadığını vurğulayıb:
"Rusiyanın Ukraynaya hücumu İkinci Dünya Müharibəsinin bitməsindən sonra Avropa üçün ən qaranlıq saatlardan biridir".
Borrell Ukraynaya təcili yardım vəd edib, o cümlədən Aİ işçilərinin evakuasiya səylərini dəstəkləyəcək.
J. Borrell Rusiyaya qarşı cəza tədbirlərinin indiyə qədər həyata keçirilən ən sərt sanksiyalar olacağını söylədi.
AB Komissiyasının sədri Ursula von der Leyen Rusiyaya qarşı sanksiyaları bu gün təsdiq üçün təqdim edəcəyini söylədi.
Cəmilə ƏZİM