Zelenski Britaniya krallıq ailəsinə dəstəyə görə təşəkkür etdi - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın krallıq ailəsinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
O, bununla bağlı özünün “Twitter” hesabından paylaşım edib.
“Yelena və mən Kral ailəsindən Kembric hersoqu və hersoqinyasına Ukraynanın Rusiya işğalına cəsarətlə müqavimət göstərdiyi bu həlledici zamanda ölkəmizin yanında olduğuna və cəsur vətəndaşlarımızı dəstəklədiyinə görə minnətdarıq. Yaxşılar qalib gələcək”, - deyə dövlət başçısı bildirib.