Amerikalı generallar toplaşdılar!- “NATO qərarında qətidir”
 

Dünən ABŞ-ın yüksək səviyyəli generalı Mark Milley virtual olaraq NATO hərbi rəisləri ilə görüşüb. İclas zamanı Rusiyanın Ukraynaya müdaxiləsi ətrafında müzakirələr aparılıb. 
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, hərbi liderlər  rəsmi Moskvanın qlobal təhlükəsizliyə xələl gətirdiyini bildiriblər:
"Birləşmiş Ştatlar NATO ərazisini müdafiə etmək öhdəliyi ilə bağlı qərarında qətidir.  Biz  müttəfiqlərimizi daha yaxşı müdafiə etmək üçün mövqeyimizi gücləndirməyə davam edəcəyik".
Ukraynada vəziyyət pisləşdiyi üçün rəsmi Vaşinqton son bir neçə həftə ərzində NATO ölkələrinə əlavə qoşun və hərbi vəsait göndərib.
Yüksək səviyyəli dövlət rəsmisi jurnalistlərə bildirib ki, müdafiə naziri fevralın 25-də 7 min ABŞ hərbçisinin Avropaya göndərilməsi barədə göstəriş verib.

Cəmilə ƏZİM