Lukaşenko: “Qüvvələrimiz Ukraynaya müdaxilədə Rusiya qoşunlarına...”

Belarus lideri Aleksandr Lukaşenko dövlət mediasına Rusiya qoşunları ilə bağlı öz siyasi münasibətini bildirib
Vladimir Putinin yaxın müttəfiqi olan prezident A.Lukaşenko qeyd edib ki,  qüvvələri Ukraynaya müdaxilədə Rusiya qoşunlarına qoşulmayacaq:

“Belarus ordusu hərbi əməliyyatlarda iştirak etmir və heç vaxt da iştirak etməyib. Biz bunu hər kəsə sübut edə bilərik.
 Bundan əlavə, Rusiya rəhbərliyi heç vaxt bizim silahlı münaqişədə iştirakımızı məsələ kimi ortaya qoymayıb. Gələcəkdə də bu niyyətdə olmayacağıq. Buna ehtiyac yoxdur”.

Bazar ertəsi Lukaşenkonun Kiyevə hücuma kömək üçün hərbi qüvvə göndərməyə hazırlaşdığı ilə bağlı narahatlıqlar artıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays  Rusiyanın Belarus ərazisindən Ukraynaya işğala başlaması ilə rəsmi Minskin  suverenliyini lağa qoyub.

Cəmilə ƏZİM