NATO Ukraynaya qoşun göndərməyəcək

“NATO Ukraynadakı toqquşmada tərəf tutmayacaq”.
“Report” “Cümhuriyyət”ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib.
“Ora əsgər göndərməyəcəyik və hava məkanında təyyarələrimiz uçmayacaq”, - o vurğulayıb.
Qeyd edək ki, Y.Stoltenberq böhranın diplomatik yolla həllində maraqlı olduğunu bildirib.