Zelenski: “Kiyevi müdafiə etməliyik ki, dövlətimizi qoruyaq”

Ukrayna Prezidenti Volodimir Zelenski general Nikolay Jernovu müharibə müddətində Kiyev şəhər hərbi administrasiyasının rəhbəri təyin edib.

Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə xalqa müraciəti zamanı məlumat verib.

“Kiyev ölkəmizin ürəyidir və o, döyünməlidir. Və həyatın zəfər çalması üçün o döyünməkdə davam edəcək”, - deyə Prezident vurğulayıb.

V. Zelenski bildirib ki, o, şəhərin müdafiəsini zəmanət altına almaq, düşmənin paytaxta yaxınlaşmasını əngəlləmək üçün bu postda peşəkar hərbçini təyin edib.

V.Zelenski eyni zamanda vurğulayıb ki, Vitali Kliçko Kiyevin meri olaraq qalır:

“Kiyevi qorumalıyıq ki, dövlətimizi qoruyaq. Müharibədən sonra biz hamımız paytaxtdakı yerlərimizə qayıdacağıq”.

Mənbə: Segodnya.ua