Ukraynadan təxliyə olunmuş daha 168 Azərbaycan vətəndaşı Bakıya gətirilib

Ukraynadakı vəziyyətlə əlaqədar təxliyə olunmuş daha 168 Azərbaycan vətəndaşı Bakıya gətirilib.
“Report” xəbər verir ki, üçüncü çarter reysi bu gün saat 9:20 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Bu dəfə Ukraynadan təxliyə olunan azərbaycanlılar daha çox qadın və uşaqlardır. 
Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycana ümumilikdə 510 nəfər təxliyə olunub.