Kreml: “Rusiyanın nümayəndə heyəti bu axşam danışıqlara gələcək”

“Rusiya nümayəndə heyəti martın 2-də axşama sarı danışıqların yeni raundunun keçiriləcəyi yerə gələcək və Ukrayna nümayəndələri ilə görüşə hazır olacaq”.
“Report” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.  
Kreml rəsmisinin sözlərinə görə, Prezidentin köməkçisi Vladimir Medinski nümayəndə heyətinin rəhbəri qalacaq.

12:25
Bu gün Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında növbəti danışıqlar ola bilər.

“Report” “Sputnik Belarus”a istinadə xəbər verir ki, Ukrayna tərəfi hələlik danışıqlar yerinə gəlməyib.

Bildirilib ki, danışıqların ləğv edilməsi nəzərdə tutulmasa da, onların ertələnməsi istisna edilmir.

Eyni zamanda Rusiyanın “RİA Novosti” agentliyi heyətlər arasında görüşün bu gün axşam baş tuta biləcəyini bildirib.