Peskov Ukraynaya dəstək verən ölkələri HƏDƏLƏDİ:“Düşmənçiliklərinə cavabımız...”

Kreml Rusiyaya sanksiya tətbiq edən bütün ölkələri de-fakto qeyri-dost hesab edir
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov jurnalistlərlə keçirdiyi konfransda bu mövzunu belə izah edib:

"Bir çox ölkələrin bizə qarşı gördüyü tədbirlərə baxsaq, indi onların hamısı faktiki olaraq dost deyil. Siyahıda olub-olmamasından asılı olmayaraq bu belədir. 

Belə halda siyahı ikinci plandadır. Amma həmin qeyri-dost və  düşmənçilik hərəkətlərinə cavablarımızı diqqətli təhlil etməliyik.

 Biz nə lazımdırsa, özümüzə nə yaraşırsa, onu da edirik. Bunu ayıq başımızla həyata keçiririk”.

Qeyd edək ki, Rusiya hökuməti ötən il dost olmayan ölkələrin siyahısını dərc edib.  Buraya ilkin olaraq  iki ölkə - ABŞ və Çexiya daxil olub.

Həmin xəbər dünya ölkələrinin Ukraynaya müdaxiləsinə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyi bir vaxtda yayılıb.

Avropa İttifaqı, Birləşmiş Ştatlar, Böyük Britaniya, Yaponiya, İsveçrə, Avstraliya və Tayvan həftə sonu Moskvanı yeni qərarlarla vuraraq, şənbə günü Ukraynanın paytaxtı Kiyevdə baş verən hərbi müdaxiləni pisləyib.

Cəmilə ƏZİM