Aİ ölkələrində “Sputnik” və “Russia Today”ın fəaliyyəti dayandırılır

“Avropa İttifaqı ölkələrində Rusiyanın nəzarətində olan media qurumlarınn fəaliyyəti dayandırılır”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel tviter səhifəsində yazıb.
“Kreml sistemli dezinformasiyadan Ukraynaya müdaxiləsi üçün atət kimi istifadə edir. Odur ki, bu manipulyasiyanın qarşısını almaqdan ötrü biz Avropa İttifaqı dövlətlərində “Sputnik” və “Russia Today”ın fəaliyyətini dayandırırıq”, - o bildirib.