Ukrayna MAQATE-dən kömək istəyib: Çernobıl AES-lə bağlı təhlükəsizlik...

Rusiya qlobal nüvə nəzarəti orqanına bildirib ki,  Zaporojya şəhəri yaxınlığında Ukraynanın ən böyük atom elektrik stansiyasının ətrafındakı əraziyə nəzarət edir.

"Sherg.az" "BBC"ə istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) verdiyi məlumata görə, oradakı işçilər normal fəaliyyətlərini davam etdirirlər. 

Ukraynanın nüvə operatoru bütün elektrik stansiyaları ilə əlaqə saxladığını və onların hamısında əməliyyatların davam etdiyini bildirib.

Ölkənin 15 nüvə enerjisi reaktorundan altısı Zaporojya zavodunda yerləşir. Sakinlər zavodun yaxınlığında yolları bağlayıb.

Qeyd edək ki, Ukraynanın nüvə səlahiyyətliləri MAQATE-dən Ukraynanın şimalında rus qoşunları tərəfindən ələ keçirilən Çernobıl AES-lə bağlı təhlükəsizlik tədbirlərinin koordinasiyası üçün kömək istəyib.

Cəmilə ƏZİM