Narışkinin dili niyə “topuq vurub”? - “Rusiyanın taleyi təhlükədə, lakin..” - "Kodlar" açılır... 


“Təhlükəsizlik Şurasının sonuncu iclasında xarici kəşfiyyat xidmətinin rəisi S.Narışkin fərqli bir şey demək istədi”

“Putin ona elə reaksiya verdi ki, özünü itirdi, danışdığını da bilmədi. Bəlkə də, əməliyyatın onun istədiyi kimi getməməsinin səbəblərindən biridir”

 “Ukraynanın kifayət qədər hərbi gücü var, lakin  Rusiyanın qarşısında uzun müddət tab gətirməsi çox mürəkkəbdir”.
Bu barədə “Sherg.az”a Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib. O qeyd edib ki, Qərb dünyası Kremli durdurmaq yox, çökdürmək xəttini seçib:

“Bunun zərbəsi də Ukrayna xalqına dəydi. Ancaq qələbədən sonra Rusiya məqsədinə çatsa,  rəsmi Moskvanı ağır, falakətli günlər gözləyir. İndiyə qədər belə sanksiyalar tətbiq olunmayıb. Azadlıq sanksiyaları Rusiya iqtisadiyyatına böyük zərbədir. Bütün istiqamətlərdə ağır sanksiyalar gerçəkləşdirilib.  

Kremlin davam gətirməsi qeyri-mümkündür. Hətta Ukrayna istəyinə nail olsa belə, Rusiyanı çətin günlər gözləyir. Dövlətin taleyi ciddi təhlükə altındadır".

 Rusiya Prezidenti Vladimir Putinin toplantılarda nümayəndələrlə uzaq məsafədə əyləşməsinin səbəbini açıqlayan təşkilat rəhbər bildirib ki, bu pandemiya ilə bağlıdır:

"V.Putin dövlət rəhbərlərindən görüşəndə də uzaq əyləşir. Ciddi şəkildə səhhətini qoruyur. Almaniya, Fransa rəhbərləri ilə görüşəndə də uzaq məsafədə əyləşmişdi. V.Putinə yanlış məlumatlar verilir. 

Bütün hakimiyyəti əlində birləşdirən dövlət başçılarının faciəsidir. 

Təhlükəsizlik Şurasının sonuncu iclasında xarici kəşfiyyat xidmətinin rəisi S.Narışkin fərqli bir şey demək istədi. Putin ona elə reaksiya verdi ki, özünü itirdi, danışdığını da bilmədi. Bəlkə də, əməliyyatın onun istədiyi kimi getməməsinin səbəblərindən biridir. 

Rusiyanın böyük hərbi gücü var, bu gücü qəddarlıqla reallaşdırır. Qəddarlığın qarşısında Ukrayna ordusunun dayanması qəliz məsələdir".