Çerniqovda yaşayış binasınının raketlə vurulması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB + VİDEO


Çerniqovda yaşayış binalarına endirilən raket zərbəsi nəticəsində ölənlərin sayı artıb.

Son məlumata görə, xilasedicilər dağıntılar altından 22 nəfərin cəsədini çıxarıblar.

Bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

Həlak olanların sayının artacağı istisna edilməyib.

18:14

Çerniqovda Rusiya hərbçilərinin yaşayış məntəqələrinə hava hücumu zamanı iki məktəb və fərdi yaşayış evi atəşə tutulub.

Fövqəladə Hallar Dövlət Xidmətinin ilkin məlumatına görə, hücum nəticəsində 9 nəfər həlak olub, daha dörd nəfər isə yaralanıb.

17:16

Rusiya qoşunları Çerniqovun mərkəzində yaşayış binalarına hücumu davam edir.

Bununla bağlı Çerniqov Vilayət Dövlət Administrasiyasının sədri Vyaçeslav Çaus məlumat verib.

Onun sözlərinə görə, martın 3-də səhər saatlarında Rusiya qoşunları şəhərin mərkəzindəki yaşayış bölgəsinə raket zərbəsi endirib.

Xilasedicilər hadisə yerindədir. Həlak olanlar və yaralananlar barədə məlumat dəqiqləşdirilir.

Çaus yaxınlıqda heç bir hərbi obyektin olmadığını vurğulayıb:

“Yaxınlıqda ancaq xəstəxana, bir neçə məktəb, uşaq bağçası və çoxmərtəbəli yaşayış binaları var”.

Mərminin yaşayış binasına düşmə anı qeydə alınıb.