Ukrayna Baş nazirinin müavini dünya liderlərinə müraciət edib


Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin bərpası məsələləri üzrə rəhbəri İrina Vereşçuk dünya liderlərinə müraciət edib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, o, ölkədə humanitar dəhlzilərin açılması üçün kömək istəyib.

“Liderlərə müraciət edirəm: Emmanuel Makron, Boris Conson, Cozef Bayden... Xahiş edirəm, yüz minlərlə insanın, o cümlədən xarici vətəndaşların həyatını xilas edəcək real effektiv humanitar dəhlizlərin açılmasına kömək edin”, - İrina Vereşçuk qeyd edib.

O həmçinin əhalini saxta xəbərlərə inanmamağa çağırıb: “Humanitar dəhlizlərin açılması barədə əvvəlcədən xalqa məlumat veriləcək”.