"Əllərinizi Ukraynadan və Fələstindən çəkin" - Cici Hadid

Məşhur model Cici Hadid 2022-ci ilin payız moda nümayişləri ərzində əldə etdiyi gəliri Ukrayna və Fələstinə bağışlayacağını açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb. 
“2022-ci ilin payız moda nümayişlərindən qazandığım gəliri eyni səbəbdən əziyyət çəkən Ukrayna və Fələstinə bağışlayacağam. Gözlərimiz və qəlbimiz bütün insanlığın ədaləti üçün açıq olmalıdır. Siyasətdən, irqdən, dindən əvvəl bir-birimizi qardaş kimi görməliyik. Günün sonunda müharibənin əvəzini liderlər deyil, günahsız həyatlar ödəyir.

Əllərinizi Ukraynadan və Fələstindən çəkin. Sülh, sülh, sülh” - deyə, C.Hadid qeyd edib.