Rus ordusu Severodonetskdəki “Kamelot” yaşayış kompleksinə gələn həkimlərə atəş açıb. Həkimlər arasında xəsarət alanlar var.
Axar.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko Teleqramda yazıb.
O bildirib ki, həkimlər rayon sakinlərinə tibbi yardım göstərmək üçün gəliblər:
"Bu ərazidə heç vaxt hərbi obyektlər, hərbi qulluqçular olmayıb".