ABŞ rəsmisi Sergey Lavrovu yalan danışmaqda ittiham etdi 


ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays Rusiya xarici işlər naziri Sergey Lavrovu cəfəngiyat və yalan danışmaqda günahlandırıb.

ABŞ rəsmisi özünün “Twitter” səhifəsində yazıb ki, Rusiya hazırda Ukraynada müharibəni alovlandırmaqla məşğuldur.

“Bu açıq-aydın yalandır. Rusiya özü Ukraynada müharibəni qızışdırır. Ukrayna müharibə istəmir. Yalanı dayandırın”, - Ned Prays yazıb.

Qeyd edək ki, Rusiya diplomatiyasının rəhbəri Ukraynadakı xüsusi əməliyyatın bu ölkədə baş verən müharibənin və gələcəkdə baş verə biləcək müharibələrin qarşısını almaq üçün həyata keçirildiyini bildirib.