Müharibə nəticəsində Ukraynada ölən uşaqların sayı 41-ə çatıb


Bu günə olan məlumata görə, Ukraynada müharibə başlayandan bəri 41 uşaq ölüb, 76 uşaq isə yaralanıb.

Bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova “Telegram”-da məlumat verib.

Ombudsmanın sözlərinə görə, təkcə bu gün Donetsk vilayətində 4 mülki vətəndaşın, o cümlədən 14 yaşlı yeniyetmənin yaralandığı məlum olub.

Mənbə: unian.net