Rusiya təyyarələri Mariupolu bombalayıb


Bir neçə saat əvvəl Mariupolun Mira prospekti ilə Torqovaya küçəsinin kəsişməsi bombalanıb.

Bu barədə “Azov” alayı məlumat yayıb.

“Yenilənmiş məlumata görə, bombalar Qırmızı Xaç Cəmiyyətinin binasının yaxınlığına düşüb. Bu, terror və bütün beynəlxalq təşkilatlar üçün hədə-qorxu aktıdır. Yaşayış binaları və ticarət mərkəzi dağıdılıb!”, - deyə məlumatda bildirlib.

Qurbanların sayı barədə məlumat hələ də dəqiqləşdirilir.

Mənbə: segodnya.ua