Amerikalılara Ukraynaya səfər etməzdən əvvəl vəsiyyətnamə yazmaq tövsiyə olunub


Ukraynaya gedən amerikalılara vəsiyyətnamə yazmaq və DNT nümunələrini tibb müəssisələrinə təqdim etmək tövsiyə olunur.

Bu barədə ABŞ Dövlət Departamentinin saytında yayılan müraciətdə bildirilib.

“Hazırda Ukraynada deyilsinizsə, lakin Ukraynaya getməmək tövsiyəsinə məhəl qoymursunuzsa, səyahət etməzdən əvvəl aşağıdakı addımları atmağı düşünməlisiniz... Vəsiyyətnamə hazırlayın, DNT nümunələrini tibb müəssisələrinə təqdim edin”, - deyə tövsiyələrdə bildirilir.

Ukraynaya səfər edən ABŞ vətəndaşları həmçinin uşaq himayəsi, ev heyvanlarına qulluq, mülkə sahiblik, dəfn mərasimləri ilə bağlı məsələlərin həllinə dəvət olunur.

Bundan başqa, yaxınlarla vacib sənədlər və əlaqə məlumatlarını bölüşmək məsləhət görülür. Bildirilir ki, bu, səfər edənlərin ABŞ-a qayıda bilməyəcəyi halda işlərinin idarə olunması üçün lazımdır.

Mənbə: RİA Novosti