“Bild”: “Bayraktar” üç qitədə Rusiya istehsalı silah sistemlərini məhv edib”

Almaniyanın “Bild” nəşri Ukrayna ordusunun Rusiyaya qarşı istifadə etdiyi “Bayraktar TB2” PUA-ları ilə bağlı məqalə dərc edib.

“Ukrayna müdafiəsi Türkiyə texnologiyasına güvənir. Ümidin silahı Bayraktar” adlı məqalədə TB2-lərin üç qitədə Rusiya texnikasını məhv etdiyi vurğulanıb.

Vurğulanıb ki, sözügedən PUA-lar Ukrayna ilə yanaşı Suriya, Liviya və Azərbaycanın Qarabağdakı hərbi əməliyyatlarında istifadə olunub və Rusiya istehsalı hərbi təchizatları məhv edib. 

Mənbə: Anadolu Agentliyi