Türkiyənin “Pegasus” şirkəti Rusiyaya uçuşları dayandırdı


Türkiyənin “Pegasus Airlines” aviaşirkəti Rusiyaya gediş və geri dönüş reyslərini müvəqqəti olaraq dayandırıb.

Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, Rusiyaya qarşı sanksiyalar kontekstində “əməliyyat riskləri” səbəbindən martın 13-dən 27-dək reyslər ləğv ediləcək.

 “Bu tarixlərdə Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı, Qroznı, Mahaçqala və Krasnodara reyslərdə olan qonaqlarımız biletin pulsuz dəyişdirilməsi və pulun tam geri qaytarılması hüququna malikdirlər”, - deyə şirkətdən bildiriblər.

Mənbə: TASS