İsrail Azərbaycan xəstəxanalarına 1 tondan çox tibbi ləvazimat bağışlayıb 


İsrail Azərbaycan xəstəxanalarına 1 tondan çox tibbi ləvazimat bağışlayıb.

Bu barədə İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik özünün “Twitter” hesabından xəbər verib.

“Dünən biz Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın müxtəlif xəstəxanalarına 1 tondan çox tibbi ləvazimat bağışladıq”, - deyə diplomat bildirib.

Səfir İsrail və Azərbaycanın dost olduğunu, bir-birləri üçün ən yaxşısını istədiklərini vurğulayıb.

“Azərbaycan xalqı bizim üçün önəmlidir. Biz bir-birimizin qayğısına qalırıq”, - deyə Corc Dik əlavə edib.