G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır 


“G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Yaponiya, Fransa və ABŞ) Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyir. Məhdudiyyətlərdə qarşıya qoyulan məsələ Rusiya Prezidenti Vladimir Putinin öz ordusunu maliyyələşdirmək üçün pulunun olmamasına əmin olmaqdır”.
Bunu Britaniyanın xarici işlər naziri Liz Trass deyib.
Siyasətçi konkret olaraq hansı sanksiyaların müzakirə olunduğunu isə açıqlamayıb.
“Biz artıq G7 ilə yeni sanksiyalar paketi üzərində işləyirik”, - deyə nazir Vaşinqtonda çıxışı zamanı qeyd edib.
Bununla yanaşı, söhbət Rusiya Federasiyasının ticarət statusundan məhrum edilməsindən, rüsum və kvotaların tətbiqindən də gedə bilər.