Anladılar!-  “Türkiyə Rusiya-Ukrayna böhranını aradan qaldıracaq yeganə ölkədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub. Danışıq zamanı tərəflər Rusiya-Ukrayna böhranı, bölgədə baş verən hadisələri və iki ölkə arasındakı əlaqələri müzakirə ediblər.Türkiyə dövlət başçısı Rusiya ilə Ukrayna arasında siyasi həllə nail olmaq üçün səylərini davam etdirdiklərini bildirib.
O,həmçinin,böhranın dərinləşəcəyi təqdirdə Türkiyənin hər iki tərəflə danışa bilməsinin və həll axtarışında vasitəçi olmasının vacibliyini qeyd edib.

Politoloq Natiq Miri hazırkı ABŞ-Türkiyə münasibətlərindən “sherg.az”a danışarkən bildirib ki, indi Ağ Ev rəhbərliyi Rusiya-Ukrayna məsələsində birbaşa iştirak edə bilmədiyi və  bu prosesdə rəsmi Ankaranı idarə edə bilmədiyi üçün narahatlıq keçirir:

 “Fikir verirsinizsə, Türkiyə qlobal səviyyədə Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar prosesində iştirak etmədi. Çünki rəsmi Ankara prosesləri çox gözəl anlayır. 

O bilir ki,bu əslində Rusiya-Türkiyə arasında müəyyən bir konfiliklə bitəcək məsələ deyil daha böyükdür. 

Ona görə də Türkiyə  sanksiyalar məsələsində ABŞ-nin istəyi kimi iştirak etməkdən imtina etdi”. 

Politoloqun  fikrincə, Türkiyə Ukrayna böhranı məsələsində ədalətli mövqe ortaya qoymaqla həm Rusiya, həm də Ukrayna üçün əvəzsiz  dövlətə çevrilib: 

“Türkiyə yeganə səmimi ölkədir ki, istədiyi bütün geosiyasi maraqlardan kənarda yalnız regionda böyük münaqişənin qarşısını almağa çalışır. Bunu  Putin və Zelenski Qərb liderləri ilə söhbətlərində də anladılar.

 Ukrayna prezidenti indi Türkiyədən və onun rəhbərindən bərk yapışıb. Çünki onun bu məsələdə heç bir geosiyasi marağının olmadığına inanır. Anlayır ki, Türkiyə Rusiya-Ukrayna böhranını aradan qaldıra biləcək yeganə ölkədir”.

N.Mirinin qənaətincə,hazırda ABŞ-ın Türkiyəyə  xoş münasibəti  heç də sevgi nümayişi deyil. Sadəcə olaraq indi Ağ Ev rəhbərli  ehtiyacı olduğu olduğu üçün rəsmi Ankaranı  önəmsəyir: 

“Düşünürəm ki , Ağ Evin Ərdoğan hakimiyyətinə qarşı əvvəlki münasibətini qətiyyən dəyişməyib. Sadəcə  olaraq o indi gözləmə mövqeyindədir. 

Hazırda Türkiyə baş rollardan biridir və  onun bu rolundan istifadə etmək ABŞ üçün  daha yararlıdır”.